Təhsil 365 - Logo Mobile

Nazirlikdə peşə təhsilinə cavabdeh olan yeni bölmə mövcuddur

10604.12.2025 - 06:30
Nazirlikdə peşə təhsilinə cavabdeh olan yeni bölmə mövcuddur

“Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılıb. Peşə təhsilinə cavabdeh olan yeni bölmə yaradılıb”.

Tehsil365” Modern.az-a istinadən xəbər verir ki, bunu bu gün “Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib.

O qeyd edib ki, ölkə üzrə peşə təhsili siyasətini müəyyən edən, bu sahədə planlaşdırma, monitorinq və qiymətləndirmə funksiyasını həyata keçirən müvafiq qurum fəaliyyət göstərir: “Eyni zamanda, bu qaydaların və siyasətin icrasına məsul olan, əməliyyat funksiyalarını yerinə yetirən Peşə Təhsili üzrə Dövlət Agentliyi mövcuddur”.

Amidə Zeynalova

Haber akışı

Şu anda haber akışın da haber yok...