Təhsil 365 - Logo Mobile

DİM "Peşə seçimi" alətlərindən yararlanmaq imkanı təqdim edir

10705.12.2025 - 09:10
DİM "Peşə seçimi" alətlərindən yararlanmaq imkanı təqdim edir

DİM 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanma imkanı təqdim edir.

“Tehsil365” xəbər verir ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır.

Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:

1. Təfəkkür növləri üzrə test

2. Şəxsi xüsusiyyətlər testi

3. Peşə maraqları testi

Qeyd edək ki, bu testlər artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

İlk imtahan dekabrın 10-da DİM-in elektron imtahanlar korpusunda saat 10:00 və 14:00 olmaqla iki növbədə təşkil olunacaq. İştirak etmək üçün qeydiyyat 9 dekabr saat 18:00-dək davam edəcək.

https://exidmet.dim.gov.az/elimt/peshe

Nərgiz Süleymanova

Haber akışı

Şu anda haber akışın da haber yok...