Təhsil 365 - Logo Mobile

"Google" 2025-ci ildə ən populyar axtarış sorğularını açıqladı

10406.12.2025 - 14:15
"Google" 2025-ci ildə ən populyar axtarış sorğularını açıqladı

"Google" 2025-ci ildə ən populyar axtarış sorğularını açıqlayıb.

“Tehsıl365” xəbər verir ki, bu barədə daily.afisha.ru məlumat yayıb.

Filmlər arasında istifadəçilər ən çox "Anora" kinosunu axtarıblar. Aktyorlar və aktrisalar kateqoriyasında isə Mayki Medison daha çox maraq doğurub. Axtarış sistemində ən populyar serial "Bədheybətlər: Ed Qinin hekayəsi" olub.

Kompüter oyunları arasında ən çox axtarılan "Arc Raiders" olub, mahnı mətnləri üzrə isə istifadəçilər Bed Baninin "DtMF" mahnısını axtarıblar.

2025-ci ildə xəbərlər arasında daha çox diqqət çəkən mövzular isə Çarli Kirkin qətli, İrandakı hadisələr və ABŞ hökumətinin işinin dayandırılması olub. Ən populyar üç şəxs isə D4vd, Kendrik Lamar və Cimmi Kimmel olaraq qeydə alınıb.

Elnarə Həmidli

Haber akışı

Şu anda haber akışın da haber yok...