Təhsil 365 - Logo Mobile

Təhsil sahəsində tələbələrin süni intellektdə üstünlük verməsi

10306.12.2025 - 06:20
Təhsil sahəsində tələbələrin süni intellektdə üstünlük verməsi

“Tələbələrin süni intellektdən istifadə etməsinin əsas səsbəbi budur ki, artıq dövr bunu tələb edir”

Bu sözləri “Tehsil365”-ə açıqlamasında Təhsil eksperti Elçin Əfəndiyev qeyd edib.

O bildirib ki, “süni intellekt çox sürətlə inkişaf edir və belə olduğu halda yeni platformaıar çıxır, dövrün tələbinə uyğunlaşmaq isə vacib amilə çevrilib. Müasir dövrdə süni intellektin təhsil sahəsində rolu kifayət qədər çoxdur səbəbi isə odur ki, informasiyaları daha tez əldə etmək mümkündür”.

Həmçinin ekspert qeyd edib ki, “düşünürəm ki, bu barədə süni intellekt tələbə və şagirdlərin köməyinə daha tez çatır və sürətlə inkişaf səbəbu də budur”

Ekspert onu da bildirib ki, “zərərindən danışsaq, gələcək nəsillər üçün isə deyə bilərəm ki zərərdən daha çox faydası var, sadəcə zərər nə ola bilər, artıq insanların bir növ kitab oxumağa marağı azala bilər, müəyyən qədər tənbəllik özünü göstərə bilər və əmək bazarında insanların işsiz qalması ilə nəticələnə bilər”

Sonda qeyd olunub ki, “bu da bizim kimi ölkələrə təxminən 2035-2040 cı illərdə özünü göstərə bilər ki, süni intellekt vasitəsi ilə bir çox ixtisaslara tələbat azala bilər”.

Amidə Zeynalova

Haber akışı

Şu anda haber akışın da haber yok...