Təhsil 365 - Logo Mobile

"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

11208.12.2025 - 14:00
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

Medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi "Fərdi jurnalist müsabiqəsi"ndə qaliblərin siyahısında "Global Media Group" şirkətlər qrupunun tərkibinə daxil olan media qurumlarının altı əməkdaşı var.

"Tehsil365” xəbər verir ki, qaliblər arasında "Report"un əməkdaşları Sənan Ağamalızadə (ən yaxşı reportaj) və Nihat Pir (ən yaxşı jurnalist araşdırması) var.

Bundan başqa, "Caliber.az"ın əməkdaşı Timur Rzayev (ən yaxşı reportaj), "Oxu.az" saytının əməkdaşı Əzizə İsmayılova (ən yaxşı jurnalist araşdırması) "Kaspi" qəzetinin əməkdaşı Azad Əliyev (ən yaxşı ictimai-siyasi təhlil), "Baku TV"dən isə Vüsal Lalayev (Ən yaxşı sosial-iqtisadi reportaj) qalib olub.

Elnarə Həmidli

Haber akışı

Şu anda haber akışın da haber yok...