Təhsil 365 - Logo Mobile

"Peşə seçimi" testlərində iştirak etmək üçün qeydiyyat başa çatır

10909.12.2025 - 07:58
"Peşə seçimi" testlərində iştirak etmək üçün qeydiyyat başa çatır

Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edir.

“Tehsil365”xəbər verir ki,“Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarına uyğun peşələri müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır.

Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:

1. Təfəkkür növləri üzrə test

2. Şəxsi xüsusiyyətlər testi

3. Peşə maraqları testi

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına göndərilir.

İmtahan dekabrın 10-da DİM-in elektron imtahanlar korpusunda saat 10:00 və 14:00 olmaqla iki növbədə təşkil olunacaq.

Testdə iştirak etmək üçün qeydiyyat 9 dekabr saat 18:00-dək davam edəcək.

https://exidmet.dim.gov.az/elimt/peshe

Bu testlər artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Nərmin Süleymanlı

Haber akışı

Şu anda haber akışın da haber yok...