Təhsil 365 - Logo Mobile

ABŞ-ın Bakıdakı Səfirliyi və Azərbaycan Dövlət Dəniz Akademiyası arasında əməkdaşlıq müzakirə olunub

10509.12.2025 - 12:26
ABŞ-ın Bakıdakı Səfirliyi və Azərbaycan Dövlət Dəniz Akademiyası arasında əməkdaşlıq müzakirə olunub

Ötən həftə ABŞ-ın Bakıdakı Səfirliyinin İctimai Diplomatiya Şöbəsi Azərbaycan Dövlət Dəniz Akademiyasının rəhbərliyi ilə görüş keçirib.

Tehsil365” xəbər verir ki, Görüşdə dəniz daşımacılığı və mühəndislik sahəsində ABŞ-ın qabaqcıl təcrübəsinin Azərbaycan tələbə və müəllim heyəti ilə paylaşılması imkanları müzakirə olunub.

Tərəflər Fulbright proqramları, American Spaces guşələri, ingilis dili təlimləri və ABŞ universitetləri ilə əməkdaşlıq kimi təşəbbüslər vasitəsilə təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, bu cür əməkdaşlıq həm təhsil keyfiyyətinin yüksəldilməsinə, həm də iki ölkə arasında elmi və akademik əlaqələrin inkişafına töhfə verə bilər.

Görüş zamanı tərəflər gələcək birgə layihələr və akademik dəyişiklik proqramları haqqında da ilkin fikir mübadiləsi aparıblar. Bu təşəbbüslərin tələbələrin ixtisaslı kadr kimi yetişdirilməsinə və ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcəyi bildirilib.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...