Təhsil 365 - Logo Mobile

“Alibaba” süni intellektli eynəklər təqdim edib

8610.12.2025 - 05:30
“Alibaba” süni intellektli eynəklər təqdim edib

Çinin “Alibaba” şirkəti süni intellekt sistemi ilə təchiz edilmiş “Quark S1” eynəklərinin buraxıldığını elan edib.

Tehsil365” xəbər verir ki, Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, “Quark S1” eynəkləri “Alibaba” tərəfindən yaradılmış “Qwen” neyroşəbəkəsi əsasında hazırlanıb.

Qurğu istifadəçinin ətrafını qeydə alan şəffaf displeylərlə təchiz olunub. Bundan başqa, süni intellekt istifadəçinin eynək vasitəsilə gördüyü təsvirin üzərinə “kontekstual məlumat” əlavə edə bilir.

Cihaz bir dəfə şarj etməklə 24 saat fasiləsiz işləmək gücünə malikdir.

Amidə Zeynalova

Haber akışı

Şu anda haber akışın da haber yok...