Təhsil 365 - Logo Mobile

STEAM mərkəzlərində vakansiyalar elan olunub

10810.12.2025 - 11:40
STEAM mərkəzlərində vakansiyalar elan olunub

Şəmkir, Masazır, Ağdaş, Bərdə, Qax STEAM mərkəzlərində vakansiyalar elan olunub.

“Tehsil365” xəbər verir ki, müraciət etmək istəyən şəxslər CV-lərini 20 dekabr 2025-ci il tarixinə qədər [email protected] ünvanına göndərə bilər.

Qeyd edək ki, CV göndərərkən mütləq mövzu bölməsində hansı STEAM Mərkəzi üçün müraciət olunduğunu qeyd etmək lazımdır. (Nümunə: Ağdaş STEAM Mərkəzi).

Tələblər:

- Kompüter elmləri, texniki fənlər, mühəndislik və ya əlaqəli sahədə ali təhsil;

- STEAM sahəsinə dair iş təcrübəsi;

- Analitik və problem həlletmə bacarıqları;

- Əməkdaşlıq və kommunikasiya bacarıqları;

- Çevik iş mühiti və dəyişkən layihələrə uyğunlaşma bacarığı;

- Uşaqlarla işləməyi sevən, öyrətməyə və öyrənməyə açıq.

Əməkhaqqı müsahibə zamanı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun təyin olunacaq.

Nərgiz Süleymanova

Haber akışı

Şu anda haber akışın da haber yok...