Təhsil 365 - Logo Mobile

Çin ilk dəfə olaraq rəsmi satınalma siyahısına süni intellekt çiplərini əlavə edib

10710.12.2025 - 15:45
Çin ilk dəfə olaraq rəsmi satınalma siyahısına süni intellekt çiplərini əlavə edib

Çin hakimiyyəti ilk dəfə olaraq dövlət şirkətləri və agentliklərinin rəsmi satınalma siyahısına süni intellekt (AI) çiplərini əlavə edib.

“Tehsil365” xəbər verir ki, bu barədə "Financial Times" özəl mənbələrinə istinadən məlumat yayıb.

Xəbərə görə, ABŞ Prezidenti Donald Trampın "Nvidia" şirkətinin Çin və digər ölkələrdən olan müştərilərə "H200" çiplərini tədarük etməsinə icazə verməsindən sonra belə addım atılıb.

Xəbərdə qeyd olunur ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi yerli şirkətlərin, o cümlədən "Huawei" və "Cambricon" tərəfindən istehsal olunan süni intellekt prosessorlarını da təsdiqlənmiş təchizatçılar siyahısına əlavə edib.

Məlumata görə, Çin yenilənmiş satınalma siyahısını rəsmən dərc etməyib, lakin bəzi dövlət qurumlarına və şirkətlərə bununla bağlı müvafiq təlimatlar verilib.

Elnarə Həmidli

Haber akışı

Şu anda haber akışın da haber yok...