Təhsil 365 - Logo Mobile

Azərbaycanda "Rəqəmsal həllər və xidmətlər platforması" yaradılacaq

11110.12.2025 - 17:00
Azərbaycanda "Rəqəmsal həllər və xidmətlər platforması" yaradılacaq

Azərbaycanda müəssisələrin rəqəmsal həllərə olan tələbatını ödəmək üçün vahid "Rəqəmsal həllər və xidmətlər platforması"nın yaradılması planlaşdırılır.

"Tehsil365” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"da öz əksini tapıb.

Sənədə əsasən, bu platformada rəqəmsal həll təchizatçılarının qeydiyyatı stimullaşdırılacaq. Bu platformanın yaradılmasının əsas icraçısı İqtisadiyyat Naziriliyi olacaq.

Platforma vasitəsilə rəqəmsal transformasiya etmiş müəssisələrin payının 20 %-ə çatması hədəflənir.

Aysel Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...