10 dekabr 2025-ci il tarixində Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin IV sinif şagirdləri Astara Heydər Əliyev Mərkəzində ekskursiyada oldular.
"Tehsil365" xəbər verir ki, Şagirdlər burada ölkəmizin ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı hazırlanmış sərgi ilə tanış oldular, Azərbaycan tarixi və mədəniyyəti haqqında məlumatlar əldə etdilər.
Ekskursiya zamanı uşaqlar mərkəzin təqdim etdiyi interaktiv eksponatlarla maraqlandılar və müəllimlərin rəhbərliyi ilə təhsil xarakterli suallar verdilər. Bu cür tədbirlər şagirdlərin vətənpərvərlik ruhunda böyüməsinə, tarixi və mədəni irsimizin dərindən mənimsənilməsinə töhfə verir.

