Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə III-IV sinif şagirdləri arasında "BilBacar" müsabiqəsi keçirildi.
"Tehsil365" xəbər verir ki, Müsabiqənin məqsədi şagirdlərin bilik və bacarıqlarını artırmaq, onların təhsilə marağını stimullaşdırmaqdır. Tədbirdə məktəbli komandaları müxtəlif fənnlər üzrə yarışaraq biliklərini sınadılar və yaradıcı tapşırıqları yerinə yetirdilər.
Təşkilatçılar şagirdlərin fəallığını yüksək qiymətləndirərək belə layihələrin davam etdiriləcəyini bildirdilər. Müsabiqə gənc nəsilin bilik və bacarıqlarının inkişafına mühüm töhfə verir.

