Gədəbəy rayonunun müxtəlif kənd məktəblərində təhsilin gündəlik həyatı, müəllim-şagird münasibətləri və dərsdənkənar fəaliyyətlər fotoreportajla təqdim olunub.
"Tehsil365" xəbər verir ki, “Məktəbdə bir gün” adlı layihə çərçivəsində yerli təhsil müəssisələrinin sinif otaqlarında tədris prosesi, laboratoriyalarda praktik məşğələlər, məktəbdaxili tədbirlər və idman dərsləri əks olunub.
Fotolar Gədəbəydəki təhsil mühitinin səmimi, çalışqan və eyni zamanda çətin şəraitlərə baxmayaraq təhsilə olan yüksək marağını nümayiş etdirir. Reportajda müəllimlərin fədakar fəaliyyəti, şagirdlərin dərsə marağı, məktəb kollektivlərinin birliyi və təhsilə olan sevgi xüsusi vurğulanıb.
Layihə regionlarda təhsilin inkişafı və məktəb həyatının real mənzərəsini göstərmək məqsədi daşıyır.

