Təhsil 365 - Logo Mobile

Ümumi təhsildə keyfiyyətə doğru birgə addımlar atılması üçün görüş keçirilib

10513.12.2025 - 08:59
Ümumi təhsildə keyfiyyətə doğru birgə addımlar atılması üçün görüş keçirilib

11 dekabr 2025-ci il tarixində Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Astara rayonu üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə müəllimlər üçün "Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar" mövzusunda görüş keçirilib.

"Tehsil365" xəbər verir ki, Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Keyfiyyət sektoru müdiri Namiq Aslanov iştirak edib. Tədbir zamanı tədrisin keyfiyyətinin artırılması, məktəblərarası əməkdaşlığın gücləndirilməsi və birgə öyrənmə imkanları barədə geniş və məhsuldar müzakirələr aparılıb.

Görüşün sonunda Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva Namiq müəllimə tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, bu cür görüşlərin müəllimlərin peşəkar inkişafına əhəmiyyətli töhfə verdiyini qeyd edib.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...