Təhsil 365 - Logo Mobile

Ləman İsmayılova – Azərbaycan jurnalistikasının tanınmış siması

10415.12.2025 - 06:10
Ləman İsmayılova – Azərbaycan jurnalistikasının tanınmış siması

15 dekabr 1971-ci ildə Vartaşendə (indiki Oğuz rayonu) anadan olan Ləman Aləşrəf qızı İsmayılova Azərbaycan jurnalistikasında öz dəsti-xətti ilə seçilən peşəkar media nümayəndəsidir.

Tehsil365” xəbər verir ki, Veriliş redaktoru, köşə yazarı və LAF TV-nin direktoru kimi fəaliyyət göstərən Ləman İsmayılova mediada obyektivliyi, analitik düşüncə tərzi və ictimai fəallığı ilə tanınır.

Jurnalistikada uzun illər göstərdiyi uğurlu fəaliyyətinə görə 2015-ci ildə ona “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adı verilib.

Peşəkarlığı və ictimai mövqeyi ilə fərqlənən Ləman İsmayılova bu gün də media sahəsində aktiv fəaliyyət göstərməkdədir.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...