Təhsil 365 - Logo Mobile

Firəngiz Əhmədovanın xatirəsi ehtiramla anılır

10616.12.2025 - 05:18
Firəngiz Əhmədovanın xatirəsi ehtiramla anılır

Azərbaycanın görkəmli opera müğənnisi, SSRİ və Azərbaycan SSR xalq artisti, Prezident təqaüdçüsü Firəngiz Yusif qızı Əhmədovanın vəfatından 13 il ötür.

"Tehsil365" xəbər verir ki, 1928-ci il sentyabrın 23-də Bakıda anadan olan Firəngiz Əhmədova Azərbaycan opera sənətində xüsusi yeri olan sənətkarlardandır. Güclü səs tembri, geniş diapazonu və səhnə ustalığı ilə o, tamaşaçıların qəlbini fəth etmiş, uzun illər ərzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistlərindən biri olmuşdur.

1964-cü ildə "Azərbaycan SSR xalq artisti", 1967-ci ildə isə "SSRİ xalq artisti" fəxri adları ilə təltif edilən sənətkar həm də Azərbaycan vokal məktəbinin inkişafına mühüm töhfələr vermişdir.

Firəngiz Əhmədova 2011-ci il dekabrın 16-da vəfat edib. Onun sənəti bu gün də sevgi və ehtiramla xatırlanır, yaddaşlarda yaşayır.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...