Təhsil 365 - Logo Mobile

"Bəyin oğurlanması" filminin 40 illik yubileyi qeyd olunur

10817.12.2025 - 07:28
"Bəyin oğurlanması" filminin 40 illik yubileyi qeyd olunur

Milli Kino Tariximizdən rubrikasında bu dəfə Azərbaycanın klassik filmi "Bəyin oğurlanması" haqqında məlumat təqdim edirik. 1985-ci ildə "Azərbaycanfilm" kinostudiyası tərəfindən istehsal olunan bu əsər 40 il əvvəl çəkilib.

Tehsil365” xəbər verir ki, Filmin ssenarisi xalq yazıçısı Mövlud Süleymanlıya məxsusdur. Rejissorluğu isə Ceyhun Mirzəyev və Vaqif Mustafayev birgə həyata keçiriblər. Film toy mərasimini lentə almaq üçün kəndə gələn kinematoqrafçıların real həyatla üzləşməsini əks etdirir.

İlk olaraq rejissor vəzifəsi Tofiq İsmayılova həvalə olunmuşdu. O, sınaq çəkilişlərində Həsən roluna Sərxan Sərxanı, İsrafil roluna isə Səyavuş Aslanı dəvət etmişdi. Lakin rejissor dəyişikliyi baş verərək, Ceyhun Mirzəyev və Vaqif Mustafayev filmin quruluşçu rejissoru oldular. Onlar ssenaridə və rol bölgüsündə bəzi dəyişikliklər edərək, böyük aktyor heyəti ilə uğurla işlədilər.

Bu film Azərbaycan kinosunda toy mövzusunu orijinal yanaşma ilə işıqlandıran nadir əsərlərdən biridir və hələ də kinosevərlər tərəfindən böyük maraqla izlənilir.

"Bəyin oğurlanması"nın 40 illik yubileyi münasibətilə filmi sevənləri və kino tariximizə hörmət edənləri təbrik edirik!




Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...