Təhsil 365 - Logo Mobile

“TəhsilPlus” kartları ilə bağlı yeni detallar açıqlandı – Müəllimləri nə gözləyir?

12117.12.2025 - 19:34
“TəhsilPlus” kartları ilə bağlı yeni detallar açıqlandı – Müəllimləri nə gözləyir?

Son vaxtlar təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslər, xüsusilə “TəhsilPlus” kartları ilə bağlı müzakirələr gündəmdədir.

Tehsil365” xəbər verir ki, məsələ ilə bağlı Təhsilin İnkişafı Fondundan verilən məlumata görə, “TəhsilPlus” kartının əsas məqsədi təhsil işçilərinə gündəlik xərclərdə real dəstək vermək, onların sosial imkanlarını genişləndirməkdir.

Artıq texniki hazırlıq mərhələsi tamamlanıb, kartlar sifariş edilib və yaxın aylarda Bakıya çatdırılması gözlənilir. Ümumilikdə 400 mindən çox təhsil işçisini əhatə edəcək layihə çərçivəsində kartlar mərhələli şəkildə paylanacaq. Bu siyahıya müəllimlərlə yanaşı inzibati heyət də daxildir.

Kart sahibləri tibb, sağlamlıq, idman, kitab mağazaları, kafe-restoranlar və digər obyektlərdə keşbek və endirimlərdən yararlana biləcəklər.

Bununla yanaşı, “TəhsilPlus” kartı bank kartı statusuna malik olduğundan metropolitenlərdə istifadəsi mümkün olacaq. Lakin metro və avtobuslarda xüsusi endirimlərin tətbiqi məsələsi yalnız aidiyyəti dövlət qurumlarının qərarından asılı olacaq.

Layihə təhsil işçilərinin gündəlik həyatına praktiki fayda verməyi hədəfləyir.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...