Təhsil 365 - Logo Mobile

Əyyub Abbasovun anım günüdür

10518.12.2025 - 04:39
Əyyub Abbasovun anım günüdür

Dekabrın 18-i Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı, şair və dramaturq Əyyub Cəbrayıl oğlu Abbasovun vəfatının ildönümüdür.

"Tehsil365" xəbər verir ki, O, 1957-ci ildə Bakıda vəfat edib.

1905-ci ildə Şəki şəhərində (Zəngəzur qəzası) dünyaya gəlmiş Əyyub Abbasov XX əsr Azərbaycan ədəbiyyatında dəyərli imza kimi tanınır. O, müxtəlif janrlarda qələmə aldığı əsərləri ilə ədəbiyyatımıza töhfələr vermiş, dövrünün aktual mövzularını işıqlandırmışdır.

Əsərlərində xalqın həyat tərzini, mübarizəsini və mənəvi dünyasını əks etdirən Abbasov həm də dramaturgiya sahəsində məhsuldar fəaliyyət göstərmişdir. O, 1954-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Əyyub Abbasovun zəngin yaradıcılığı bu gün də ədəbi və mədəni irsimizin parlaq səhifələrindən biri kimi yaddaşlarda yaşayır. Onun xatirəsi dərin hörmət və ehtiramla anılır.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...