Təhsil 365 - Logo Mobile

“Ermənilər türklərdən üzr istəsin” kampaniyasının başlanmasından 16 il ötür

10419.12.2025 - 05:57
“Ermənilər türklərdən üzr istəsin” kampaniyasının başlanmasından 16 il ötür

19 dekabr 2008-ci ildə Türkiyənin İğdır şəhərindən başlanan “Ermənilər türklərdən üzr istəsin” adlı internet kampaniyasının başlanmasından 16 il ötür.

"Tehsil365" xəbər verir ki, Kampaniya, Ermənistanın və erməni diasporunun dünya ictimaiyyətinə yönəltdiyi yalançı “soyqırımı” iddialarına qarşı reaksiya olaraq başladılıb.

Türkiyənin müxtəlif bölgələrindən minlərlə insanın qatıldığı bu təşəbbüs vasitəsilə ictimaiyyətə çağırış ünvanlanaraq bildirilib ki, tarixə birtərəfli baxış yolverilməzdir və ermənilərin də tarix boyu türklərə qarşı törətdiyi qətliamlar, xüsusilə Şərqi Anadolu və Cənubi Qafqaz bölgəsindəki hadisələr unudulmamalıdır.

Kampaniyanın əsas məqsədi, beynəlxalq ictimai rəyə alternativ baxış təqdim etmək və tarixə ədalətli qiymət verilməsini tələb etmək olub. Bu təşəbbüs sonradan regionda və türk dünyasında geniş rezonans doğurub.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...