Təhsil 365 - Logo Mobile

Zaqatala rayonunda "Azərbaycanın qadın Milli Qəhrəmanları" mövzusunda tədbir keçirilib

10520.12.2025 - 07:41
Zaqatala rayonunda "Azərbaycanın qadın Milli Qəhrəmanları" mövzusunda tədbir keçirilib

Uşaq Səfirlər Məclisinin Zaqatala rayonu üzrə fəalı Aynişan Məmmədovanın təşəbbüsü ilə "Azərbaycanın qadın Milli Qəhrəmanları" mövzusunda maarifləndirici tədbir təşkil edilib.

Tehsil365” xəbər verir ki, Tədbirin əsas məqsədi Azərbaycanın qadın Milli Qəhrəmanlarının qəhrəmanlıq nümunələrini gənc nəslə tanıtmaq, onların Vətən uğrunda göstərdiyi fədakarlığı önə çıxarmaq və vətənpərvərlik hissini daha da möhkəmləndirməkdir.

Tədbir iştirakçıları qadın qəhrəmanların həyat və fəaliyyətindən danışaraq, onların vətən sevgisi və cəsarətindən nümunə götürməyin önəmini vurğulayıblar. Bu kimi layihələr gənclərin milli dəyərlərə bağlılığını artırmaqda mühüm rol oynayır.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...