Təhsil 365 - Logo Mobile

Məktəblilər arasında respublika çempionatı yekunlaşıb

7022.12.2025 - 14:18
Məktəblilər arasında respublika çempionatı yekunlaşıb

Məktəblilər arasında respublika çempionatına yekun vurulub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Tehsil365”ə bildirilib ki, agentliyin təşkilatçılığı ilə keçirilən çempionat Azərbaycan Badminton Federasiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunub. 

Final yarışlarında zona mərhələlərində qalib gəlmiş 2014–2015-ci il təvəllüdlü qız və oğlan məktəblilərdən ibarət komandalar mübarizə aparıblar. Yarışların yekununda I, II və III yerlərin qalibləri mükafatlandırılıb, final mərhələsində iştirak edən məktəblilərə isə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, cari tədris ilində atletika, basketbol və badminton idman növləri üzrə 12 regionda keçirilən çempionatlarda 2014–2016-cı il təvəllüdlü qız və oğlan məktəblilərdən ibarət komandaların tərkibində ümumilikdə 13 000 məktəbli iştirak edib

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...