Təhsil 365 - Logo Mobile

ADAU-da valideyn və tələbələrin təklifləri dinlənilib

10524.12.2025 - 09:45
ADAU-da valideyn və tələbələrin təklifləri dinlənilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbə və valideynlərlə birbaşa ünsiyyətin təmin edilməsi məqsədilə növbəti “Açıq qapı” görüşü keçirilib.

“Tehsil365” xəbər verir ki, görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov çıxış edərək, universitetdə tədris prosesinin təşkili, imtahanlara hazırlıq mərhələsi, tələbə yönümlü idarəetmə prinsipləri və “Açıq qapı” layihəsinin məqsədləri barədə ətraflı məlumat verib. Rektor bu formatın çevik kommunikasiya vasitəsi kimi artıq ənənəvi xarakter aldığını vurğulayıb və əsas hədəfin tələbə və valideynləri maraqlandıran məsələlərin operativ şəkildə dinlənilməsi və həllinə dəstək göstərilməsi olduğunu qeyd edib.

Sonra tələbələr və valideynlər tərəfindən səsləndirilən fikir, təklif və iradlar dinlənilib. İmtahan prosesi, qiymətləndirmə meyarları, xaricdə təhsil və təcrübə imkanları, eləcə də tədrislə bağlı digər məsələlər üzrə ünvanlanan suallar yerindəcə cavablandırılıb.

Görüş zamanı müvafiq struktur bölmələrin rəhbərlərinə və məsul şəxslərə qaldırılan məsələlərlə bağlı konkret tapşırıqlar verilib.

Nərgiz Süleymanova

Haber akışı

Şu anda haber akışın da haber yok...