Təhsil 365 - Logo Mobile

Zaqatala Çökəkoba kənd tam orta məktəbində valideyn iclası keçirilib

10526.12.2025 - 05:31
Zaqatala Çökəkoba kənd tam orta məktəbində valideyn iclası keçirilib

Zaqatala rayonu Çökəkoba kənd tam orta məktəbində I sinif üzrə valideyn iclası təşkil olunub.

"Tehsil365" xəbər verir ki, İclas zamanı valideynlərlə şagirdlərin məktəbdaxili nizam-intizamı, sinif yoldaşları ilə münasibətləri, eləcə də mövsümə uyğun davranışları barədə geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə müəllim tərəfindən aparılan summativ qiymətləndirmələrin nəticələri, şagirdlərin fənlər üzrə nailiyyətləri və yarımillik qiymətləndirməyə hazırlıq vəziyyəti barədə valideynlərə ətraflı məlumat verilib.

İclasın əsas məqsədi valideyn-məktəb əməkdaşlığını daha da gücləndirmək, uşaqların təlim-tərbiyə prosesində qarşılıqlı dəstəyi təmin etmək olub. Valideynlər də çıxış edərək təklif və fikirlərini bildiriblər.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...