Təhsil 365 - Logo Mobile

Yuzef Çarski-Tanxelsonun doğum günüdür

10627.12.2025 - 04:00
Yuzef Çarski-Tanxelsonun doğum günüdür

Bu gün Azərbaycan teatr sənətinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR xalq artisti Yuzef Davidoviç Çarski-Tanxelsonun anadan olmasının ildönümüdür.

"Tehsil365" xəbər verir ki, 1897-ci il dekabrın 27-də Tiflisdə dünyaya gələn Yuzef Çarski-Tanxelson teatr sənətinə olan böyük sevgisi ilə Azərbaycan səhnəsində dərin iz buraxmış sənətkarlardandır. O, uzun illər ərzində müxtəlif teatr truppalarında çalışaraq, xüsusilə dramatik rolların ifasında fərqlənmiş, peşəkarlığı və səhnə mədəniyyəti ilə tamaşaçıların rəğbətini qazanmışdır.

Onun sənətə verdiyi töhfələr yüksək qiymətləndirilmiş, 1940-cı ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülmüşdür.

1948-ci il noyabrın 16-da Bakıda vəfat edən sənətkarın adı bu gün də Azərbaycan teatr tarixində böyük ehtiramla yad edilir.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...