Təhsil 365 - Logo Mobile

Azərbaycan teatr və kino sənətinin unudulmaz siması: Səfurə İbrahimovanın xatirəsi anılır

10327.12.2025 - 04:39
Azərbaycan teatr və kino sənətinin unudulmaz siması: Səfurə İbrahimovanın xatirəsi anılır

Bu gün Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli aktrisa Səfurə Ağabala qızı İbrahimovanın anadan olmasının ildönümüdür.

"Tehsil365"xəbər verir ki, 1938-ci il dekabrın 27-də Bakıda dünyaya gələn Səfurə İbrahimova uzun illər Azərbaycan teatr və kino sənətinin inkişafına töhfələr verib. O, səhnə və ekran obrazlarında canlandırdığı xarakterlərlə tamaşaçıların yaddaşında dərin iz buraxıb.

Aktrisa 1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatına, 2002-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. Onun yaratdığı rollar həm dərin psixoloji təsiri, həm də sənətkarlıq məharəti ilə fərqlənir.

2020-ci il dekabrın 21-də Bakıda vəfat edən Səfurə İbrahimovanın sənəti bu gün də yaşamaqdadır. Onun adı Azərbaycan mədəniyyət tarixində silinməz izlərlə qalacaq.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...