Təhsil 365 - Logo Mobile

Görkəmli ədəbiyyatşünas və alim Məmməd Arif Dadaşzadənin xatirəsi anılır

10327.12.2025 - 04:52
Görkəmli ədəbiyyatşünas və alim Məmməd Arif Dadaşzadənin xatirəsi anılır

Bu gün Azərbaycanın tanınmış ədəbiyyatşünası, tənqidçi, nasir, pedaqoq və tərcüməçi Məmməd Arif Dadaşzadənin vəfatından 49 il ötür.

"Tehsil365" xəbər verir ki, 1904-cü il 11 iyun (29 may) tarixində Bakıda anadan olan Məmməd Arif Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətləri ilə yadda qalıb. Onun elmi fəaliyyəti, ədəbiyyat tənqidinə gətirdiyi yeni baxışlar, tərcümə və pedaqoji fəaliyyəti onu dövrünün ən nüfuzlu alimlərindən birinə çevirib.

Filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir və daha sonra həqiqi üzvü seçilən Məmməd Arif 1960-cı ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına, 1974-cü ildə isə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.

Ədəbi tənqid, tərcümə və elm sahəsində çoxsaylı əsərləri ilə tanınan alim 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Məmməd Arif Dadaşzadə 1975-ci il dekabrın 27-də Bakıda vəfat edib. Onun elmi irsi bu gün də tədqiqatçılar və ədəbiyyatsevərlər üçün dəyərli qaynaq olaraq qalır.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...