Təhsil 365 - Logo Mobile

"Mən bacarıram" adlı motivasiya tədbiri keçirildi

10727.12.2025 - 07:28
"Mən bacarıram" adlı motivasiya tədbiri keçirildi

25 dekabr 2025-ci il tarixdə Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbində "Mən bacarıram" mövzusunda motivasiyaedici tədbir təşkil olunub.

"Tehsil365" xəbər verir ki, Tədbirin əsas məqsədi şagirdlərdə özünə inam hissini gücləndirmək, onların əldə etdikləri nailiyyətlərin əhəmiyyətini dərk etməsinə şərait yaratmaq, təhsilə marağı artırmaq və sağlam rəqabət mühitini formalaşdırmaq olub.

Tədbirdə müxtəlif fəaliyyətlər, çıxışlar və təqdimatlar vasitəsilə şagirdlərin uğurları nümayiş etdirilib. Həmçinin aktiv və fərqlənən şagirdlər mükafatlandırılıb, onların uğur hekayələri təqdim olunub. Tədbir şagirdlərdə pozitiv düşüncə və məqsədyönlü çalışma motivasiyası yaradıb.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...