Təhsil 365 - Logo Mobile

Azərbaycanın tanınmış dövlət xadimi Şamil Rasizadənin anadan olmasından 109 il ötür

10328.12.2025 - 04:00
Azərbaycanın tanınmış dövlət xadimi Şamil Rasizadənin anadan olmasından 109 il ötür

1916-cı il dekabrın 28-də Naxçıvanda anadan olan Şamil Əlirza oğlu Rasizadə Azərbaycanın görkəmli dövlət xadimi və kənd təsərrüfatı alimi kimi tarixə düşüb.

"Tehsil365" xəbər verir ki, O, maarifçi və marksist inqilabçı Əlirza Rasizadənin oğludur.

Şamil Rasizadə Sovet dövründə müxtəlif məsul dövlət vəzifələrində çalışıb, kənd təsərrüfatının inkişafına dair elmi-tədqiqat işləri ilə çıxış edib. O, respublikanın aqrar sahəsində həyata keçirilən bir sıra islahatların hazırlanmasında və icrasında fəal iştirak edib.

1 iyul 1993-cü ildə Bakıda vəfat edən Şamil Rasizadənin dövlətçilik və elm sahəsindəki fəaliyyəti Azərbaycan tarixində özünəməxsus iz qoyub. Onun xatirəsi elmi və ictimai dairələrdə ehtiramla anılır.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...