Təhsil 365 - Logo Mobile

Akademik Firudin Köçərlinin anadan olmasından 105 il ötür

10328.12.2025 - 04:13
Akademik Firudin Köçərlinin anadan olmasından 105 il ötür

28 dekabr 1920-ci ildə Gədəbəydə anadan olan Firudin Qasım oğlu Köçərli Azərbaycan elminin görkəmli simalarından biri, tanınmış filosof, fəlsəfə elmləri doktoru, akademik və professor olmuşdur.

"Tehsil365" xəbər verir ki, 1966-cı ildə fəlsəfə elmləri doktoru elmi dərəcəsini almış, 1968-ci ildə professor, 1976-cı ildə isə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Onun elmi fəaliyyəti fəlsəfə elminin bir sıra sahələrini əhatə edir, xüsusilə elmi-texniki tərəqqi, sosial inkişaf və bilik fəlsəfəsi istiqamətində mühüm araşdırmaları ilə tanınırdı.

Firudin Köçərli elmi-pedaqoji fəaliyyətində yüzlərlə alim və mütəxəssisin yetişməsinə töhfə vermiş, Azərbaycan fəlsəfə elminin inkişafında dərin iz qoymuşdur.

O, 2005-ci il iyunun 3-də Bakıda vəfat etmişdir. Azərbaycanın elmi mühitində böyük nüfuza malik olan akademikin xatirəsi bu gün də ehtiramla anılır.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...