Təhsil 365 - Logo Mobile

"Konstitusiya və Suverenlik İli" çərçivəsində 6, 7 və 8-ci sinif şagirdləri arasında bilik yarışı təşkil olunub

10428.12.2025 - 06:23
"Konstitusiya və Suverenlik İli" çərçivəsində 6, 7 və 8-ci sinif şagirdləri arasında bilik yarışı təşkil olunub

Astara rayon Şahağac kəndində yerləşən R.Mirzəyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində "Konstitusiya və Suverenlik İli" çərçivəsində 6, 7 və 8-ci sinif şagirdləri arasında bilik yarışı təşkil olunub.

"Tehsil365" xəbər verir ki, Yarışda şagirdlərə Azərbaycan dili və ədəbiyyat, tarix, riyaziyyat, kimya, biologiya və coğrafiya fənləri üzrə suallar verilib. Maraqlı və gərgin keçən yarışın sonunda nəticələr təhlil olunaraq "Respublika" komandası qalib elan edilib.

Tədbir şagirdlərin bilik və bacarıqlarının artırılması məqsədilə uğurla keçirilib.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...