Təhsil 365 - Logo Mobile

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilib

10528.12.2025 - 06:36
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilib

Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbin İcma Əsaslı Məktəbəqədər Təhsil Mərkəzində Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

"Tehsil365" xəbər verir ki,Tədbiri 2-ci icma qrupunun müəllimi Fidan xanım təşkil edib. Uşaqlar şeir, mahnı və səhnəciklərlə Yeni ili qarşıladılar. Yeni il personajlarının iştirakı tədbirə daha çox sevinc və əyləncə qatıb.

Bu bayram həm uşaqlar üçün maraqlı, həm də onların sosial bacarıqlarının inkişafına kömək edən yaddaqalan bir gün olub. Belə tədbirlər uşaqların hərtərəfli inkişafında önəmlidir.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...