Regionda ümumtəhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində Qax Peşə Liseyinə Qax şəhər V.Əliyev adına 3 saylı tam orta məktəbin şagirdləri üçün infotur təşkil olunub.
"Tehsil365" xəbər verir ki, İnfotur zamanı şagirdlər liseyin maddi-texniki bazası, kitabxanası, dərs otaqları, emalatxana və laboratoriyaları ilə tanış olub, tədris prosesini yaxından izləyiblər.

