Təhsil 365 - Logo Mobile

Qəbələ rayon Kiçik Pirəli kənd tam orta ümumtəhsil məktəbində oxu dərsləri keçirilib

10528.12.2025 - 08:33
Qəbələ rayon Kiçik Pirəli kənd tam orta ümumtəhsil məktəbində  oxu dərsləri keçirilib

V sinif şagirdləri Mark Tvenin "Tom Soyerin məcəraları" povestini, VI sinif şagirdləri isə Jül Vernin "Hava şarında beş həftə" povestini və Artur Konan Doylun "Şerlok Holmsun məcəraları" romanını oxuyaraq əsərlərlə tanış olmuşlar.

"Tehsil365" xəbər verir ki, Məqsəd şagirdlərin oxuyub-anlama bacarıqlarının sistemli inkişafını təmin etməkdir.

Dərslər zamanı müəllim şagirdlərə əsərlərin müəllifləri, yazılma tarixləri və məkanları barədə ətraflı məlumat verərək onların mətni daha dərindən qavramalarına şərait yaratmışdır. Oxu prosesi zamanı mətnlə işə xüsusi diqqət yetirilmiş, intonasiya, vurğu və məna açıqlamalarına önəm verilmişdir. Yeni sözlərin mənalarının izahı şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsinə kömək etmişdir.Belə "oxu dəqiqələri" Azərbaycan dili və ədəbiyyatı dərslərində oxu savadlılığının artırılması, mətnlə iş bacarıqlarının gücləndirilməsi və mütaliə mədəniyyətinin formalaşması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Bu fəaliyyətlər şagirdlərin ədəbiyyata marağını artırmaqla yanaşı, onların nitq və təfəkkür qabiliyyətlərinin inkişafına da töhfə verir.

Məktəbdə belə kollektiv oxu tədbirlərinin müntəzəm keçirilməsi gələcək nəsillərin ədəbi biliklərinin və milli-mənəvi dəyərlərə bağlılığının möhkəmlənməsində önəmli rol oynayır.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...