Təhsil 365 - Logo Mobile

29 dekabr 1846 – Sadıqcanın doğum günüdür

10429.12.2025 - 04:00
29 dekabr 1846 – Sadıqcanın doğum günüdür

Bu gün Azərbaycanın musiqi mədəniyyətində mühüm rol oynamış, xalq çalğı aləti olan tarın müasir formasının banisi Sadıqcanın (Mirzə Sadıq Əsəd oğlu) doğum günüdür.

"Tehsil365" xəbər verir ki, Sadıqcan 1846-cı il dekabrın 29-da Şuşada dünyaya gəlib. O, təkcə virtuoz tarzən kimi deyil, həm də tar alətinin yenidən qurucusu kimi musiqi tariximizdə silinməz iz qoyub. Onun təşəbbüsü ilə tarın konstruksiyasında bir sıra yeniliklər edilib – çanağın ölçüləri dəyişdirilib, simlərin sayı artırılıb, tar sinədən diz üstünə gətirilib və bu, ifa texnikasını daha da zənginləşdirib.

Sadıqcanın musiqi irsi və tarın inkişafına verdiyi töhfələr bu gün də Azərbaycan musiqi mədəniyyətinin qızıl səhifələri kimi dəyərləndirilir.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...