Təhsil 365 - Logo Mobile

Azərbaycan rəssamı Kamil Nəcəfzadənin anadan olmasının 96-cı ildönümüdür

10429.12.2025 - 05:12
Azərbaycan rəssamı Kamil Nəcəfzadənin anadan olmasının 96-cı ildönümüdür

Bu gün tanınmış Azərbaycan rəssamı, xalq rəssamı Kamil Nəcəf oğlu Nəcəfzadənin anadan olmasının 96 ili tamam olur.

"Tehsil365" xəbər verir ki, 1929-cu il dekabrın 29-da Lənkəranda dünyaya gələn Kamil Nəcəfzadə Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış sənətkarlardandır. Yaradıcılığında milli motivlərə, insan ruhunun dərinliklərinə və realist təsvirə xüsusi önəm verən rəssam eyni zamanda kino sahəsində də uğurlu fəaliyyət göstərib.

Kamil Nəcəfzadə iki dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980, 1986) olub, 1989-cu ildə isə ona Azərbaycan SSR xalq rəssamı fəxri adı verilib. O, həmçinin "Şöhrət" ordeni ilə təltif olunub, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqının üzvü olub.

Rəssam 2011-ci il iyunun 29-da vəfat edib. Onun zəngin yaradıcılığı bu gün də sənətsevərlər tərəfindən yüksək dəyərləndirilir.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...