Təhsil 365 - Logo Mobile

Azərbaycan Ordusunun ilk Baş Qərargah rəisi – General Həbib bəy Səlimovun xatirəsi anılır

10330.12.2025 - 04:13
Azərbaycan Ordusunun ilk Baş Qərargah rəisi – General Həbib bəy Səlimovun xatirəsi anılır

Bu gün Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə yazdırmış general-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimovun vəfatının ildönümüdür.

"Tehsil365" xəbər verir ki, O, 30 dekabr 1920-ci ildə bolşeviklər tərəfindən Bakıda qətlə yetirilmişdir.

Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvanda anadan olub. Hərbi təhsilini Sankt-Peterburq Hərbi Akademiyasında tamamlayaraq Rusiya ordusunda xidmət etmiş, sonra isə Azərbaycan Xalq Cümhuriyyəti yaranan gündən onun silahlı qüvvələrinin təşkili işinə qoşulmuşdur.

1918-ci ildə general-mayor rütbəsi alan Həbib bəy Səlimov AXC ordusunun ilk Baş Qərargah rəisi təyin olunmuş və ordu quruculuğunda mühüm rol oynamışdır. O, 1919-cu ildə baş vermiş Əsgəran əməliyyatında göstərdiyi igidliyə görə “Əsgəran savaşının qəhrəmanı” kimi tanınmışdır.

Həbib bəy Səlimovun hərbi peşəkarlığı və vətənpərvərliyi bu gün də Azərbaycan Silahlı Qüvvələri üçün örnəkdir. Onun əziz xatirəsi daim ehtiramla anılır.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...