Bu gün tanınmış ictimai xadim, Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, həkim və maarifçi Məmmədrza ağa Vəkilovun vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, O, 30 dekabr 1944-cü ildə Bakıda dünyasını dəyişmişdir.
1864-cü il martın 8-də Qazax rayonunun Salahlı kəndində anadan olan Məmmədrza ağa Vəkilov Azərbaycan ziyalı mühitində xüsusi çəkisi olan şəxsiyyətlərdən biri olub. O, tibb təhsili alaraq həkim kimi fəaliyyət göstərmiş, eyni zamanda Zaqafqaziya Tibb Cəmiyyətinin həqiqi üzvü və Bakı Tibb Cəmiyyətinin təsisçilərindən biri olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəal ictimai-siyasi fəaliyyət göstərən Vəkilov, parlament üzvü kimi ölkənin inkişafı və maarifçiliyin genişləndirilməsi naminə mühüm işlər görmüşdür.
Görkəmli ziyalının Azərbaycan səhiyyəsi və ictimai həyatı qarşısındakı xidmətləri bu gün də dərin ehtiramla xatırlanır. Məmmədrza ağa Vəkilovun irsi, xüsusilə də maarifçilik və tibbi fəaliyyət sahəsindəki töhfələri ölkəmizin tarixində önəmli yer tutur.

