Azərbaycan və sovet bəstəkarı, "İRS" qədim Azərbaycan musiqi teatrının banisi və bədii rəhbəri Rəşid Nəsib oğlu Əfəndiyevin vəfatından 30 il ötür.
"Tehsil365" xəbər verir ki, 1941-ci il mayın 22-də anadan olan Rəşid Əfəndiyev yaradıcılığı ilə Azərbaycan musiqisinə özünəməxsus iz qoymuş sənətkarlardandır. O, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü kimi milli musiqimizin inkişafında fəal rol oynamış, həm klassik, həm də milli ənənələri birləşdirən əsərləri ilə tanınmışdır.
Əfəndiyev Azərbaycanda ilk yaradılan qədim musiqi teatrı olan “İRS”in banisi və bədii rəhbəri kimi həm musiqi, həm də teatr sahəsində yenilikçi layihələrə imza atmış, milli irsimizin təbliğinə böyük töhfələr vermişdir.
O, 1993-cü il dekabrın 30-da vəfat etmişdir. Rəşid Əfəndiyevin sənəti və fəaliyyəti bu gün də yaddaşlarda yaşayır və yeni nəsil musiqiçilərə ilham verir. Onun əziz xatirəsi daim hörmətlə anılır.

