Təhsil 365 - Logo Mobile

“Fövqəladə hallar uşaqların gözü ilə” adlı müsabiqə keçirilib - FOTOLAR

5631.12.2025 - 11:52
“Fövqəladə hallar uşaqların gözü ilə” adlı müsabiqə keçirilib - FOTOLAR

Elm və Təhsil Nazirliyi (ETN) və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə təşkilatçılığı ilə “Fövqəladə hallar uşaqların gözü ilə” adlı rəsm, plakat, əl işləri və yumşaq oyuncaqlar nominasiyaları üzrə müsabiqə keçirilib.

Bu barədə “Tehsil365"ə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müsabiqədə Şirvan–Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak ediblər.

Təqdim olunan işlər müvafiq meyarlar əsasında qiymətləndirilib. Müsabiqənin nəticələrinə əsasən fərqlənən şagirdlər Elm və Təhsil Nazirliyi tərəfindən diplomlarla, Fövqəladə Hallar Nazirliyi tərəfindən isə Fəxri Fərmanlarla təltif olunub, həmçinin müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.




Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...