Təhsil 365 - Logo Mobile

Qusarda bayram günlərində 12 nəfər buzda yıxılaraq xəsarət alıb

8905.01.2026 - 17:38
Qusarda bayram günlərində 12 nəfər buzda yıxılaraq xəsarət alıb

Bayram günlərində Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində 260 müraciət qeydə alınıb.

Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, tibb müəssisəsinə 1 nəfər yol-nəqliyyat hadisəsi, 29-u müxtəlif travmalarla bağlı müraciət edib. Onlardan 12-si hava şəraiti ilə əlaqədar yolların buz bağlaması nəticəsində yıxılaraq xəsarət alanlar olub.

Digər müraciətlər isə əsasən, kəskin respirator virus xəstəlikləri və arterial hipertenziya ilə əlaqədar olub. Qeyd edilən müddətdə 2 cərrahi əməliyyat icra olunub.

“Bayram günlərində vətəndaşlardan daxil olan müraciətlər operativ şəkildə cavablandırılıb, çağırışlara vaxtında və peşəkar tibbi yardım göstərilib”, - deyə məlumatda vurğulanıb.

Alsu İsmayılova

Haber akışı

Şu anda haber akışın da haber yok...