Azərbaycanın 2025-ci ilədək və 2025 ildən sonrakı dövr üçün logistikanın və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində nəqliyyat sektorunun inkişafı, tranzit potensialının genişləndirilməsi və rəqabət qabiliyyətinin artırılması üçün konkret hədəflər müəyyən olunub. Yol xəritəsində müəyyən edilmiş hədəflərə çatmaq məqsədilə hazırlanan yeni infrastruktur və texnoloji layihələr daşıyıcıların işini müsbət istiqamətdə dəyişməklə tranziti sürətləndirir və xərcləri azaldır.
“Tehsil365“ “AZƏRTAC“a istinadla xəbər verir ki, yeni infrastruktur layihələri — müasir avtomobil yolları, dəmir yolu xətləri, limanların genişləndirilməsi, logistika mərkəzləri və terminallar yükdaşımalarını daha sürətli və etibarlı edir.
“Bu, tranzit müddətinin qısalmasına, gecikmələrin azalmasına və yükün dövriyyəsinin artmasına səbəb olur. Rəqəmsal sənədləşmə, onlayn bəyannamələr, elektron növbə sistemləri və GPS izləmə kimi alətlər daşıyıcıların vaxt itkisini minimuma endirir, idarəetməni avtomatlaşdırır və prosesləri şəffaflaşdırır. Bu yeniliklər həm də əməliyyat xərclərini azaldır, çünki daha az kağız işi, daha az gözləmə və daha az insan resursu tələb olunur”, - deyə H.Həsənov diqqətə çatdırıb.

