Təhsil 365 - Logo Mobile

UNEC-in Kitabxana-İnformasiya Mərkəzinə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri tanışlıq səfəri ediblər

10107.01.2026 - 17:41
UNEC-in Kitabxana-İnformasiya Mərkəzinə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri tanışlıq səfəri ediblər

UNEC-in Kitabxana-İnformasiya Mərkəzinə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri tanışlıq səfəri ediblər.

“Tehsil365“ xəbər verir ki,

Səfər çərçivəsində tələbələr UNEC Əsaslı Kitabxana, 24/7 kitabxana və 1 saylı kitabxanada olub, Mərkəzin iş təcrübəsi, universitetdə yaradılan əlverişli elmi-tədqiqat mühiti və müasir tədris infrastrukturu barədə ətraflı məlumatlandırılıblar.

Təqdimatlar zamanı oxucularla səmərəli işin təşkili üçün tətbiq olunan innovativ həllər, kitabların elmi-texniki işlənməsi prosesi, elmi irsin toplanması, eləcə də informasiya resurslarına əlçatanlığın təmin edilməsi prinsipləri haqqında praktiki biliklər paylaşılıb.

Bununla yanaşı, tələbələrə tədris və elmi tədqiqatın sənəd-informasiya resursları ilə dəstəklənməsində 24/7 rejimdə kitabxana xidmətinin rolu, UNEC-də MBA proqramı üzrə magistr təhsili imkanları, tələbələr üçün mövcud iş perspektivləri və UNEC tələbələrinin elmi-tədqiqat potensialının artırılması məqsədilə yaradılan şərait haqqında məlumat verilib.

Alsu İsmayılova

Haber akışı

Şu anda haber akışın da haber yok...