Təhsil 365 - Logo Mobile

AYB-dən üzvlərinə sonuncu xəbərdarlıq edilib

7708.01.2026 - 16:43
AYB-dən üzvlərinə sonuncu xəbərdarlıq edilib

Azərbaycan Yazıçılar Birliyinə (AYB) bir neçə il üzvlük haqqını ödəməyənlər təşkilatdan xaric ediləcək. Bu barədə məsələ AYB Katibliyinin iclasında müzakirə edilib.

Tehsil365“ “AZƏRTAC“a istinadla ki, gündəlikdəki bir neçə məsələ ilə yanaşı, Birliyin üzvləri arasında illik üzvlük haqqını ödəməyənlərin siyahısı müzakirə olunub: “Qaydalara əsasən, bir neçə il üzvlük haqqını ödəməyən şəxslər xəbərdarlıq edilmədən AYB-dən xaric edilməlidirlər. Lakin buna baxmayaraq, onlara dəfələrlə xəbərdarlıq edilib".

Xəyal Rzanın sözlərinə görə, iclasda qərara alınıb ki, bununla bağlı “Ədəbiyyat qəzeti”ndə sonuncu dəfə xəbərdarlıq dərc edilsin: "Fevralın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyinin sıralarından xaric ediləcəklər".

Alsu İsmayılova

Haber akışı

Şu anda haber akışın da haber yok...