Təhsil 365 - Logo Mobile

Nurlan Nəsirovun elmi məqaləsi AMEA jurnalında dərc olunub

7212.01.2026 - 15:26
Nurlan Nəsirovun elmi məqaləsi AMEA jurnalında dərc olunub

10 yanvar 2026-cı il tarixində Tarix və Arxeologiya Departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Nurlan Nəsirovun professor Zabil Bayramlı ilə birgə hazırladığı elmi məqalə AMEA-nın “Sosial elmlər” jurnalının 2025-ci il, 2-ci sayında dərc olunub.

“Tehsil365" xəbər verir ki, məqalə “İbn Bəzzaz Ərdəbili’nin ‘Səfvətüs-Səfa’ əsərində Şeyx Səfiəddinin məzhəbi və etnik kimlik məsələsi” adlanır və XIV–XV əsrlərə aid əsas hagiografik mənbələrdən biri olan İbn Bəzzaz Ərdəbilinin farsdilli “Səfvətüs-Səfa” əsası üzərində aparılmışdır.

Tədqiqat Səfəvi tarixinin ilkin mərhələlərinin öyrənilməsi, xüsusilə xanədanın ilk nümayəndəsi hesab edilən Şeyx Səfiəddinin etnik və məzhəbi kimliyinin müəyyən olunması, həmçinin Azərbaycan tarixində etno-konfessional proseslərin araşdırılması baxımından böyük elmi əhəmiyyət kəsb edir.

Məqaləyə DOI nömrəsi ilə də baxmaq mümkündür: https://doi.org/10.59849/2710-0820.2025.2.97

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...