Təhsil 365 - Logo Mobile

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib

10212.01.2026 - 17:38
BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatı və 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin birgə əməkdaşlığı çərçivəsində “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Tehsil365” xəbər verir ki, təlimdə BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, fizika üzrə fəlsəfə doktoru Həbibə Şirinova nanotexnologiyaların elmi əsasları, bu sahənin yaranma tarixi və müasir inkişaf mərhələləri barədə məlumat verib. O, həmçinin nanotexnologiyaların tibb, mühəndislik, elektronika, materialşünaslıq və digər sahələrdə tətbiq imkanları, eləcə də gələcək inkişaf perspektivlərindən bəhs edib.

Təlim çərçivəsində iştirakçılar BDU-nun “Nanoaraşdırmalar” elmi-tədqiqat laboratoriyasına ekskursiya ediblər. Ekskursiya zamanı laboratoriyada aparılan elmi-tədqiqat işləri, istifadə olunan müasir texnoloji avadanlıqlar və elmi araşdırmaların mərhələləri haqqında ətraflı məlumat verilib.

Rəşanə İsamqızı

Haber akışı

Şu anda haber akışın da haber yok...