Təhsil 365 - Logo Mobile

UNEC-də “Gender və əmək bazarı” mövzusunda dəyirmi masa keçirilib

10112.01.2026 - 18:14
UNEC-də “Gender və əmək bazarı” mövzusunda dəyirmi masa keçirilib

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) çərçivəsində “Gender və əmək bazarı: işsizlik, imkanlar və problemlər” mövzusunda dəyirmi masa keçirilib.

Tehsil365” xəbər verir ki, tədbirdə ISE-nin direktoru İnarə Rzayeva, direktor müavini Aysel Quliyeva və tələbələr iştirak ediblər.

Dəyirmi masa zamanı gender məsələlərinin əmək bazarına təsiri, işsizlik problemləri, eləcə də qadınların peşəkar inkişaf və karyera imkanları ətrafında geniş müzakirələr aparılıb. İştirakçılara əmək bazarında gender bərabərliyinin təşviqi, qadınların liderlik və idarəçilik sahələrində rolunun artırılması ilə bağlı tövsiyələr verilib.

Qeyd olunub ki, bu kimi tədbirlər gənc nəslin gender məsələlərinə həssas yanaşmasının formalaşdırılmasına, sosial məsuliyyət hissinin gücləndirilməsinə və cəmiyyətdə bərabər imkanların təşviqinə mühüm töhfə verir.

Rəşanə İsamqızı

Haber akışı

Şu anda haber akışın da haber yok...