Təhsil 365 - Logo Mobile

BSU-nun rektoru tələbələrlə görüş keçirib

8013.01.2026 - 08:31
BSU-nun rektoru tələbələrlə görüş keçirib

BSU-nun rektoru tələbələrin təklif və müraciətlərini dinləmək məqsədilə görüş keçirib.

Bu barədə “Tehsil365”ə Bakı Slavyan Universitetindən məlumat verilib.

Yanvarın 12-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası müddətində tələbələrin təklif və müraciətlərini dinləmək məqsədilə tələbələrlə görüş keçirib.

Görüş zamanı 10 tələbənin müraciəti dinlənilib, səsləndirilən məsələlərin operativ şəkildə araşdırılması və həlli üçün müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.

BSU-nun rektoru Anar Nağıyev qeyd edib ki, bu görüşlər tələbələrin tədris prosesi və imtahan sessiyası ilə bağlı qarşılaşdıqları məsələlərin vaxtında öyrənilməsinə, eləcə də tələbə–idarəetmə münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Qeyd edək ki, rektorun tələbələrlə görüşləri imtahan sessiyası dövründə hər həftənin bazar ertəsi günü mütəmadi olaraq təşkil olunacaq.

Rəşanə İsamqızı

Haber akışı

Şu anda haber akışın da haber yok...