Təhsil 365 - Logo Mobile

Müəllimlərin qarşılıqlı iş yeri dəyişməsi ilə bağlı sənəd yoxlanışı mərhələsi başlayır

10213.01.2026 - 10:18
Müəllimlərin qarşılıqlı iş yeri dəyişməsi ilə bağlı sənəd yoxlanışı mərhələsi başlayır

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi iş yerini qarşılıqlı dəyişdirmək üçün müraciəti təsdiqlənmiş müəllimlərə sənədlərin yoxlanılacağı məkan, tarix və saatla bağlı məlumatları şəxsi səhifələrinə göndərib.

Tehsil365” xəbər verir ki, bu barədə Agentlik rəsmi məlumat yayıb.

Qeyd olunub ki, sənədlərin yoxlanılması prosesi 15-16 yanvar 2026-cı il tarixlərində baş tutacaq. Bu mərhələyə ümumilikdə 156 müəllim dəvət olunub.

Proses çərçivəsində müəllimlərin təqdim etdiyi sənədlərin uyğunluğu yoxlanılacaq və qarşılıqlı dəyişikliklə bağlı son qərar veriləcək.

Qeyd edək ki, iş yerini dəyişmək istəyən müəllimlərin bu cür qarşılıqlı razılaşma əsasında yerdəyişməsi təhsildə çevikliyin və əmək bazarında balansın qorunmasının mühüm tərkib hissəsi sayılır.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...